head head head
head
Ana səhifə HaqqımızdaQuruluşuDövlət MükafatlarıRepressiya qurbanlarıQurultayların materiallarıNəşrlərFotoalbom
head
head
XəbərlərƏlaqə
head
tr
tr
«Dünya ədəbiyyatı»
 


«Dünya ədəbiyyatı» dərgisinin 2005-ci ildəki işləri ilə bağlı məlumat



«Dünya ədəbiyyatı» dərgisinin əsası 2004-cü ilin mayında qoyulub. Məqsədi dünya ədəbiyatı nümunələrinin, eləcə də tərcümə praktikası və nəzəriyyəsi həqqındakı araşdırmaların azərbaycan dilinə tərcüməsi və təqdim olunmasıdır. Konseptual olaraq heç bir ideoloji bazaya,nəzəriyyəyə söykənmir. Təsisçiləri jurnalın yaradıcı heyəti və Azərbaycan Yazıçılar Birliyidir. Yaradıcısı Səlim Babullaoğludur. Fəaliyyətində əsasən gənc və orta nəsil tərcüməçilərin işindən bəhrələnməyə meyllidir. İndiyədək üç sayı işıq üzü görmüşdür (bir sayı 2004-cü ildə, iki sayı 2005-ci ildə). Daha çox orijinaldan olan tərcümələrə üstünlük verir. Dərginin işıq üzü görməsində Gənclər, İdman və Turizm Nazirliyinin çox əhəmiyyətli rolu vardır. Belə ki, nəşr olunan iki sayın maliyyə dəstəyini məhz nazirlik etmişdir. Habelə «Dünya ədəbiyyatı» dərgisininin əlavəsi olaraq 2005-ci ildən qısa adı «DƏB» olan «Dünya ədəbiyyatından books» seriyası nəşr olunmağa başlamışdır ki, il ərzində bu seriyadan 4 kitab işıq üzü görmüşdür: Patrik Züskindin

« Kontrabas» mono pyesi və iki hekayəsinin daxil olunduğu eyniadlı kitab; Milorad Paviçin «Xəzər sözlüyü» roman-leksikonunun jurnal variantı;12 gürcü və 18 özbək müəlliflərinin əsərləri toplanan «Çağdaş gürcü və özbək ədəbiyyatlarından seçmələr»; Orxan Vəlinin «Bütün şeirləri».

Sadalan işlərlə yanaşı bu il «Dünya ədəbiyyatı» dərgisi «Qloballaşma ədəbiyyat» mövzusunda beynəlxalq konfrans təşkil etmiş, həmin konfransda gənc gürcü və özbək ədəbiyyatçılarını n iştirakını təmin etmişdir. «Dünya ədəbiyyatı» dərgisi yalnız dünya bədii nümunələrinin öz dilmizə çevrilməsini deyil, habelə bizim çağdaş ədəbiyyatın dünya dillərinə tərcümə olunması sayəsində işlər görmüş və görməkdədir. Bu sıraya üst-üstə 35 azərbaycanlı müəllifin irili xırdalı və müxtəlif janrlara aid əsərləri gürcü,özbək və rus dillərinə çevrilmiş, nəşr olunmuş və yaxud da ki, elektron versiyaları hazırlanmışdır ( misalçün Gürcüstanın «Alternativa» ədəbiyyat dərgisin, Özbəkistanın «Cahan ədəbiyyatı» jurnallarında). «Dünya ədəbiyyatı» dərgisi öz praktikasında icazəli bədii ədəbiyyat nəşretmə mexanizmini son illərdə işə salan ilk qurumdur. Belə ki, nəşr olunan Orxan Vəli «Bütün şeirləri» kitabı icazəylə nəşr olunmuş, İosif Brodskinin yaxında işıq üzü görəcək kitabı isə icəzəli nəşrlər sırasına aid ediləcəkdir.


tr
tr
head
head
tr
body
tr
tr
01.10.2014 ELÇIN HÜSEYNBƏYLI ISTEFA VERDI...
tr
22.09.2014 AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN (AYB) GƏNCƏ BÖLMƏSINƏ YENI
SƏDR SEÇILIB
tr
11.09.2014 AYB.KITAB.AZ SAYTININ TƏQDIMAT MƏRASIMI
tr
tr
tr
tr
tr
Linklər
tr
tr
tr
tr
tr
tr
tr
tr
tr
tr
head
head
head     Müəlliflik hüququ © 2008 Azərbaycan Yazıçılar Birliyi.      Bütün hüquqlar qorunur.      Azerin MMC tərəfindən dizayn və istehsal edilib. head