head head head
head
Ana səhifə HaqqımızdaQuruluşuDövlət MükafatlarıRepressiya qurbanlarıQurultayların materiallarıNəşrlərFotoalbom
head
head
XəbərlərƏlaqə
head
tr
tr
«Mütərcim» jurnalı
 
«MÜTƏRCİM» jurnalı



1996-cı ildən fəaliyyət göstərən «Mütərcim» ədəbi, elmi, tərcümə jurnalı Azərbaycan Yazıçılar Birliyi, Bakı Slavyan Universiteti və «Mütərcim» Tərcümə Mərkəzinin həmtəsisçiliyi ilə nəşr olunur. Respublikamızın ədəbi mühitində öz dəst-xətti ilə seçilən dərgi rüblük olaraq ildə 4 dəfə buraxılır.

«Mütərcim» jurnalı əsasən dünya ədəbiyyatı korifeylərinin əsərlərinin orijinaldan Azərbaycan dilinə, Azərbaycan yazarlarının əsərlərinin xarici dillərə tərcümələrini, həmçinin bədii tərcümə işinin aktual problemləri, tərcüməçilik işi, tərcümə sənəti, tərcümə nəzəriyyəsi və tarixi, ədəbiyyatşünaslıq və s. mövzuda respublikamızın tanınmış mütəxəssislərinin elmi məqalələrini öz səhifələrində işıqlandırır.

Jurnalda «Bədii tərcümə», «Elmi-filoloji tərcümələr», «Tərcümə problemləri», «Tərcümə təriximizdən», «Tərcümə örnəklərimiz», «Ədəbiyyatşünaslıq», «Tarixdə türklər», «Nəsr», «Poeziya», «Ədəbi birliklər və dərnəklər» və s. rubrikalar fəaliyyət göstərir.

Dərgi V.Şekspirin «Hamlet», «Kral Lir», «Maqbet»; F.Nitsşenin «Zərdüşt belə demişdir»; A.Kamünün «Taun»; E.Heminqueyin «Yağış altında pişik»; B.Poulsenin «Fil sümüyündən qüllə»; X.Kortasarın «Qorxulu yuxular»; O.Uayldın «Fövqaladə fişəng»; J.P.Sartrın «Divar», «Ədəbiyyat nədir»; E.A.Ponun «Morq küçəsində qətl»; G.Mopassanın «Cehiz»; C.Stüartın «Məhəbbət»; A.Miskeviçin «Pan Tadueş»; F.M.Dosto¬yevskinin «Karamazov qardaşları», «Gülməli adamın yuxusu», «Atalar və oğullar»; Y.Haşekin «Qoçaq əsgər Şveykin sərgüzəştləri»; A.K. Doylun «Ledi Frensis Karfaksın yoxa çıxması, «Masqreyvlər ailəsinin ritualı»; G.Hegelin «Müsəlmanlıq»; E.Kolduelin «Kristi Tökerin ölümü»; S.Dalinin «Sürrealizm mənəm»; M.Acinin «Qıpçaq çölünün yovşanı»; U.S.Moemin «Həyati hadislər», «Edvard Barnardın dönüklüyü», «Neyl Makadam»; R.Şeklinin «Mütləq silah»; H.Beytsin «Fransa üzərində küləklər»; Q.Qrinin «Canlılar yaşayan otaq»; Ə.Nəvainin «İnsan ürəyi yeyən hind»; T.Hüseynin «Əli və övladları»; C.Bayron, K.Simonov, A.Morua, Y.Yevtuşenko, N.Rubtsov, V.Şimborska, A.S.Puşkin, M.Y.Lermontov, Lonqfellou, A.Opi, C.Kits, U.Vüdsövs, B.Posternak, V.Mayakovski, S.Yeseninin şeirləri və s. kimi dünya ədəbiyyatı korifeylərinin əsərlərinin orijinaldan tərcümələrini öz səhifələrində işıqlandırmışdır.

Jurnal S.Məmmədzadə, S.Mustafa, S.İsgəndərov, E.Borçalı, M.Hacıyev A.Qasımova, A.Abbasov, H.Orucov, M.Qocayev, Q.Əhmədov və s. peşəkar tərcüməçilərlə sıx əməkdaşlıq edir.

«Mütərcim» jurnalı 2003-ci ildə keçirilmiş IV Bakı Kitab Bayramında «İlin tərcümə jurnalı» no¬mi¬nasiyasının qalibi olmuşdur.

Jurnalın baş redaktoru filologiya elmləri doktoru, professor Telman Vəlixanlıdır.








tr
tr
head
head
tr
body
tr
tr
01.10.2014 ELÇIN HÜSEYNBƏYLI ISTEFA VERDI...
tr
22.09.2014 AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN (AYB) GƏNCƏ BÖLMƏSINƏ YENI
SƏDR SEÇILIB
tr
11.09.2014 AYB.KITAB.AZ SAYTININ TƏQDIMAT MƏRASIMI
tr
tr
tr
tr
tr
Linklər
tr
tr
tr
tr
tr
tr
tr
tr
tr
tr
head
head
head     Müəlliflik hüququ © 2008 Azərbaycan Yazıçılar Birliyi.      Bütün hüquqlar qorunur.      Azerin MMC tərəfindən dizayn və istehsal edilib. head