head head head
head
Ana səhifə HaqqımızdaQuruluşuDövlət MükafatlarıRepressiya qurbanlarıQurultayların materiallarıNəşrlərFotoalbom
head
head
XəbərlərƏlaqə
head
tr
tr
QANTƏMIR
(1888-1944)

 
Əfəndiyev Qafur Sədrəddin oğlu – nasir, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
   daha ətraflı...
SÜLEYMAN VƏLİYEV
(1916-1996)

 
Vəliyev Süleyman Vəli oğlu – nasir, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Əməkdar Mədəniyyət işçisi (1977), əmək veteranı (1976), Əməkdar İncəsənət Xadimi (1987), müharibə veteranı (1981).
   daha ətraflı...
ƏNVƏR YUSİFOĞLU
(1914-1989)

 
Qasımov Ənvər Yusif oğlu – nasir, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rəssamlar Birliyinin üzvü (1964), əmək veteranı (1976).
   daha ətraflı...
AĞAHÜSEYN RƏSULZADƏ
(1884-1938)

 
Rəsulzadə Ağahüseyn Əli oğlu – şair, publisist, 1934-cü ildən AYB-nın üzvü.

«Nöqsanlarımız» (1911), «Muzdur» kitablarının müəllifi olmuşdur.
1938-ci il cəza tədbirləri dövrünün qurbanı olmuşdur.


   daha ətraflı...
ATABABA MUSAXANLI
1905-1941
 
Musaxanlı Atababa Daşdəmir oğlu – tənqidçi, ədəbiyyatşünas, 1934-cü ildən AYB-nın üzvü.
1905-ci il dekabrın 20-də Bakıda anadan olmuşdur. Ali Pedaqoji İnstitutunun dil və ədəbiyyat şöbəsində təhsil almışdır (1921-19240. Bakı Pedaqoji texnikumunda və 18 saylı şəhər məktəbində dil və ədəbiyyat müəllimi işləmişdir.
1941-ci il avqustun 14-də cəza tədbirləri dövründə həlak olmuşdur.



   daha ətraflı...
BƏKİR ÇOBANZADƏ
(1893-1937)
 
Çobanzadə Bəkir Vahab oğlu – ədəbiyyatşünas, şair, dilşünas, 1934-cü ildən ildən AYB-nın üzvü, f.e.d. (1920), professor (1922).
«Türk dili və ədəbiyyatının tədrisi üsulu» (1926), «Türk dili» (1929), «Türk dili və ədəbiyyatının tədrisi üsulu (I, II hissələr) (1926, 1927), «Azəri ədəbiyyatının yeni dövrü, nasionalizmdən internasionalizmə» (1930) və s. kitabların müəllifi olmuşdur.
1937-ci il oktyabrın 3-də cəza tədbirləri dövrünün qurbanı olmuşdur.

   daha ətraflı...
BÖYÜKAĞA TALIBLI
(1897-1938)
 
Talıblı Böyükağa Mirqasım oğlu – şair, publisist, 1934-cü ildən AYB-nın üzvü.
«Keyf içində (1929), «Tövbə» (1930), «Dirək» (1971), «Seçilmiş əsərləri» (1938) kitablarının müəllifi olmuşdur.
1938-ci ildə cəza tədbirləri dövründə həlak olmuşdur.
   daha ətraflı...
ƏMİN ABİD
(1898-1937)
 
Əhmədov Əmin Mütəllib oğlu – tənqidçi, ədəbiyyatşünas, şair, 1934-cü ildən AYB-nın üzvü.
1898-ci ildə Bakıda anadan olmuşdur. Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1919-1926). 1919-cu ildə Azərbaycana qayıtmış, ADU-da çalışmışdır.
1937-ci l cəza tədbirlərinin qurbanı olmuşdur.
   daha ətraflı...
ƏLİABBAS MÜZNİB
(1883-1938)
 
Əhmədov Əliabbas Mütəllib oğlu – şair, ədəbiyyatşünas, 1934-cü ildən AYB-nın üzvü.
«Yusif və Züleyxa» (1914), «Tiran rolu» (1917), «Nəsrəddin məzhəkələri» (1927), «Aşıq Pəri və müasirləri» (1928) və s. kitabların müəllifi olmuşdur.
1938-ci ildə Bakıda vəfat etmişdir.
   daha ətraflı...
ƏLİ NAZİM
(1906-1941)
 
Mahmudzadə Ələkbər Mahmud oğlu – tənqidçi, ədəbiyyatşünas, 1934-cü ildən AYB-nın üzvü.
«Seçilmiş əsərləri» nəşr olunmuşdur (1979).
1941-ci ildə Bakıda vəfat etmişdir.


   daha ətraflı...
ƏLİ RAZİ
(1886-1939)
 
Şamçızadə Əli Məşədi Yəhya oğlu – şair, publisist, 1934-cü ildən AYB-nın üzvü.
«Dabanıçatdax xala və heyvərə» (1912), «Dabanıçatdax xala» (1936), «Seçilmiş əsərləri» (1936), «Nalələrin, fəqanların» (1992) kitablarının müəllifi olmuşdur.
Cəza tədbirləri illərində həbs olunmuş, barəsində ölüm hökmü verilmişdir.

   daha ətraflı...
ƏHMƏD CAVAD
(1892-1937)

 
Axundzadə Cavad Məhəmmədəli oğlu – şair, tərcüməçi, 1934-cü ildən AYB-nın üzvü, professor (1933).
Şeirlər» (1958), «Sən ağlama, mən ağlaram» (1991) kitablarının, F.Rablenin «Qarqantua və Pantaqruel (1961), V.Şekspirin «Otello», «Romeo və Cülyetta» (1962), S.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» (1978) tərcümə kitablarının müəllifi olmuşdur.
1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.

   daha ətraflı...
HACIBABA NƏZƏRLİ
(1895-1938)

 
Nəzərli Nacıbaba Hacı Ələsgər oğlu – nasir, 1934-cü ildən AYB-nın üzvü.

Casusun yardımçısı» (1926), «Qışlaqdan kəndə» (1927), «Laçın» (1928), «Satqın» (1930), «Ölülər rəqs edərkən» (1930) kitablarının müəllifi olmuşdur.
1938-ci ildə xalq düşməni kimi güllələnmişdir.

   daha ətraflı...
HACI KƏRİM SANILI
(1978-1937)
 
Sanıyev Hacıkərim Hüseyn oğlu – şair, pedaqoq, 1934-cü ildən AYB-nın üzvü.
«Kəndimiz və aran köçü» (1927), «Namus davası» (1927), «Dəli oküz» (1927), «Turut qaçaqları» (1955) və s. kitabların müəllifi olmuşdur.
Repressiya dövründə həbs olunub güllələnməyə məhkum edilmişdir.

   daha ətraflı...
HƏNƏFİ ZEYNALLI
(1896-1938)
 
Zeynallı Hənəfi Baba oğlu – ədəbiyyatşünas, tənqidçi, folklorşünas, mətnşünas, 1934-cü ildən AYB-nın üzvü.
Cəza tədbirləri dövründə, 1937-ci il yanvarın 27-də həbs edilmiş, həmin il oktyabrın 13-də Bakıda qətlə yetirilmişdir.

   daha ətraflı...
HÜSEYN CAVİD
(1882-1941)

 
Rasizadə Hüseyn Abdulla oğlu - şair, 1934-cü ildən AYB-nın üzvü.
Kütləvi cəza tədbirləri dövründə həbs olunmuş, 1941-ci ildə Sibirdə sürgündə ikən vəfat etmişdir. Mərhumun cəsədinin qalıqları 1982-ci il oktyabrın 26-da Bakıya gətirilmiş, sonra doğma Naxçıvana aparılıb noyabrın 3-də Cavid bağında dəfn olunmuşdur.

   daha ətraflı...
İSMAYIL KATİB
(1898-1938)

 
Zeynalov İsmayıl Novruz oğlu — şair, 1934-cü ildən AYB-nın üzvü.
«Talış elləri» (1929), «Şura qızı» (1934), «Şeirlər və poemalar» (1960) kitablarının müəllifi olmuşdur.
1938-ci ildə cəza tədbirləri dövründə vəfat etmişdir.



   daha ətraflı...
MƏMMƏDKAZIM ƏLƏKBƏRLİ
(1905-1938)

 
Ələkbərzadə Məmmədkazım — tənqidçi, 1934-cü ildən AYB-nın üzvü.
«İdealizm və materializm və yaxud yeni fəlsəfə» (1927), «Yeni əlifba və orfoqrafiya» (1929), «Azərbaycan ədəbiyyatı» (1935) kitablarının müəllifi olmuşdur.
1938-ci ildə cəza təqdirləri dövründə güllələnmişdir.
   daha ətraflı...
MİKAYIL MÜŞFİQ
(1908-1937)

 
İsmayılzadə Mikayıl Əbdülqədir oğlu — şair, 1934-cü ildən AYB-nın üzvü.
«Küləklər» (1930), «Günün səsləri» (1930), «Şeirlər» (1934), «Seçilmiş əsərləri» (iki cilddə) (1960), «Həyat sevgisi» (1988) və s. kitabların müəllifi olmuşdur.
1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnmişdir.

   daha ətraflı...
MUSTAFA QULİYEV
(1893-1938)

 
Quliyev Mustafa Zəkəriyyə oğlu — tənqidçi, ədəbiyyatşünas, publisist, 1934-cü ildən AYB-nın üzvü.«Azərbaycanda Oktyabr düşmənləri» (1927), «Mədəni inqilab və islam» (1928), «Türk qadınının yolu» (1930), «Oktyabr və türk ədəbiyyatı» (1930) «Cinayət nədir və hardan baş verir» (1935) kitablarının müəllifidir.
1938-ci ildə cəza tədbirləri dövründə həbs edilib ölümə məhkum olunmuşdur.


   daha ətraflı...
ÖMƏR FAİQ
(1872-1937)

 
Nemanzadə Ömər Faiq — publisist.
«Dəvəti-nəşri-asarə» (1905), «Üçüncü il» (1927), «Əsərləri» (1983), «Xatirələrim» (1985), «Seçilmiş əsərləri» (1992) kitablarının müəllifi olmuşdur.
1937-ci il iyulun 16-da cəza tədbirləri dövründə həbs edilmiş, həmin ilin oktyabr ayının 10-da güllələnmişdir.



   daha ətraflı...
RUHULLA AXUNDOV
(1897-1938)

 
Axundov Ruhulla Əli oğlu — tərcüməçi, ədəbiyyatşünas, publisist, 1934-cü ildən AYB-nın üzvü.
«Hürriyyət», «Bakinski raboçi», «Kommunist» qəzetinin məsul redaktoru (1920-1924), Azərbaycan Dövlət Nəşriyyatının direktoru (1924-1930), SSRİ Elmlər Akademiyası Azərbaycan filialının sədr müavini vəzifələrində işləmişdir.
1938-ci ildə cəza tədbirləri dövründə qətlə yetirilmişdir.
   daha ətraflı...
SALMAN MÜMTAZ
(1884-1937)

 
Əsgərov Salman Məmmədəmin oğlu — şair, ədəbiyyatşünas, mətnşünas, kitabşünas, 1934-cü ildən AYB-nın üzvü.

«Kommunist» nəşriyyatı onun 24 kitabını çapdan buraxmışdı (1925-1926). O, «Molla Pənah Vaqif», «Şeirlər (Sarı aşıq)», «El şairləri», «Sarı aşıq və bayatılar kitablarını tərtib edib müqəddimə ilə nəşr etdirmişdir (1927-1935).
1938-ci ildə cəza tədbirləri dövründə həbs edilmiş, sürgündə vəfat etmişdir.
   daha ətraflı...
SEYİD HÜSEYN
(1887-1937)

 
Sadıxzadə Seyid Hüseyn Mirkazım oğlu — nasir, tənqidçi, 1934-cü ildən AYB-nın üzvü.
1887-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Rus-tatar məktəbində təhsil almışdır.
1937-ci ildə cəza tədbirləri dövründə həbs edilmiş, sürgündə ölümə məhkum olunmuşdur.



   daha ətraflı...
SEYFULLA ŞAMİLOV
(1902-1974)

 
Şamilov Seyfulla Əli oğlu — nasir, publisist, tərcüməçi, 1937-ci ildən AYB-nın üzvü.
1902-ci il oktyabrın 10-da Azərbaycanın Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur.
«Leninin pedaqoji üsulları» (1925), «Dördüncü il» (1929), «Laçın» (1932), «Seçilmiş əsərləri (1974), «Nigarın məcarası» (1977) kitablarının müəllifi olmuşdur.
1974-cü il dekabrın 25-də vəfat etmişdir.




   daha ətraflı...
SULTANMƏСİD QƏNİZADƏ
(1866-1937)

 
Qənizadə Soltanməсid Haсı Murtuzəli oğlu – maarif xadimi, yazıçı.
«İstilahi Azərbayсan» (1-2 h.1890), «Lüqəti-rusi» və türki (3.h.1891), «Rus dilinin dilmanjı» (4 h. 1894), «Samouçitel russkoqo yazıka» (1896), «Lüğəti-türki və rusi» (1904) və s. əsərlərin müəllifidir.
1937-сi ildə сəza tədbirləri dövründə vəfat etmişdir.

   daha ətraflı...
TAĞI ŞAHBAZİ (SİMURQ)
(1889-1938)
 
Şahbazi Tağı — nasir, publisist, 1934-cü ildən AYB-nın üzvü.
«Ağanın kənizi» (1926), «Azadlıq üçün cinayət» (1928), «Aldanmış ümid» (1926), «Əzab qorxusu» (1926), «Seçilmiş əsərləri» (1983) və s. kitabların müəllifi olmuşdur.
1938-ci ildə cəza tədbirləri dövründə vəfat etmişdir.



   daha ətraflı...
VƏLİ XULUFLU
(1894-1938)

 
Xuluflu Vəli Məmmədhüseyn oğlu — ədəbiyyatşünas, publisist, 1934-cü ildən AYB-nın üzvü, professor (1931).
«Yeni türk əlifbası ilə yazı qaydaları» (1925), «Koroğlu» (1927), «İmla lüğəti» (1929), «Din və qadın» (1930), «Din və mədəni inqilab» (1930) və s. kitabların müəllifi olmuşdur.
1938-ci ildə cəza tədbirləri dövründə həlak olmuşdur

   daha ətraflı...
YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ
(1887-1943)

 
Vəzirov Yusif Mirbala oğlu — nasir, publisist, ədəbiyyatşünas, 1934-cü ildən AYB-nın üzvü.
«Cənnətin qəbzi» (1913), «Studentlər» (1930), «Qızlar bulağı» (1934), «Bir cavanın dəftəri» (1966), «Qan içində» (1967) və s. kitabların müəllifi olmuşdur.
1943-cü il yanvarın 3-də vəfat etmişdir.


   daha ətraflı...

tr
tr
head
head
tr
body
tr
tr
01.10.2014 ELÇIN HÜSEYNBƏYLI ISTEFA VERDI...
tr
22.09.2014 AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN (AYB) GƏNCƏ BÖLMƏSINƏ YENI
SƏDR SEÇILIB
tr
11.09.2014 AYB.KITAB.AZ SAYTININ TƏQDIMAT MƏRASIMI
tr
tr
tr
tr
tr
Linklər
tr
tr
tr
tr
tr
tr
tr
tr
tr
tr
head
head
head     Müəlliflik hüququ © 2008 Azərbaycan Yazıçılar Birliyi.      Bütün hüquqlar qorunur.      Azerin MMC tərəfindən dizayn və istehsal edilib. head