Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Qəşəm NƏCƏFZADƏ

Məmməd İSMAYIL
İZ
(Roman)
* (Jurnal variantı)

Maarif TEYMUR
ƏHMƏD CƏMİLİN ŞƏXSİ FONDU

MƏMMƏD ARAZ

Kələntər KƏLƏNTƏRLİ
MƏNİM ŞAİR QARDAŞIM

İslam SADIQ

Xatirə ƏZIZ

Çingiz ƏLƏSGƏRLI
Kloun
Hekayə

Əli Rza XƏLƏFLİ

Xaliq RƏHİMLİ

Təyyar SALAMOĞLU
M.C.CƏFƏROV TƏNQIDI: ZAMANIN PARAMETRLƏRI, SƏNƏTIN HƏQIQƏTLƏRI

XURAMAN

Oqtay RZA

Həsən XASİYEV

Esmira FUAD
“...HIÇQIRTIDIR BU HƏYAT...”

Hadi QARAÇAY

Huşəng CƏFƏRİ

Solmaz MƏHƏMMƏDRZAYİ

Məlihə ƏZİZPUR

Səkinə HƏSƏNPUR

Ülkər UCQAR

Elməddin ƏLIBƏYZADƏ
DÜNYANIN TARİXİ YENİDƏN YAZILMALIDIR!
Polemika

Bilal ALARLI
KOMIK JANRIN ÖZƏLLIKLƏRI

Teyyub ORUCOV
M.Ə.SABİR YARADICILIĞINA YENİ BAXIŞ

Paşa ƏLİOĞLU
ƏLYAZMALAR İNSTİTUTUNUN YENİ NƏŞRLƏRİ

Əhməd Cəmil – 100
 
Maarif TEYMUR
ƏHMƏD CƏMİLİN ŞƏXSİ FONDU

 

Gündəliyimdəki sətirləri və şairin yeni yaradılmış Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə xeyli-dua verməsini heç vaxt unutmuram: «Bu gün əməkdaşımız Bibixanım xala ilə şair Əhməd Cəmillə görüşəcəkdik. Sevindim. Yeni yaranmış arxivdə artıq bir ilə yaxın idi ki, çalışırdım… Mənə ara-bir yaradıcı insanlarla görüşməyə icazə vermişdilər»…
Gündəliyimdə qeyd etdiyim Bibixanım Hüseynova (Allahdan ona qəni-qəni rəhmətlik diləyirəm) yolda mənə dedi: «Çox az danışan, təmkinli şair Əhməd Cəmillə görüşəndə deyəcəyəm, bu cavan uşaq Sizin yaradıcılığınızı çox sevir. «Can nənə, bir nağıl de» şeirini çox bəyənir». Nəhayət, Ə.Cəmillə görüşümüz baş tutdu. Fevral 1967-ci il saat 11.00-da. Siz deməyin Bibixanım xala artıq onunla 22 iyun 1966-cı ildə görüşmüş, 48 sənədi alıb arxivə gətirmişdi. Mən o vaxt arxivdə işləmirdim. 20 sentyabr 1966-cı ildə arxivdə kiçik elmi işçi vəzifəsinə qəbul olundum. 1967-ci ilin fevralında isə Bibixanım xala (biz ona «xala» deyərək müraciət edirdik) ilə ikinci dəfə şairlə birlikdə görüşdük. Şairin ağır addımları, asta yerişi, eynəyin altından parlayan ciddi gözləri məni cəlb etdi. Şəxsi arxivindən bir kitab və əlyazmalarını bizə təqdim etdi… Kitab «Əhməd Cəmil» adlanırdı. Kitabın titul vərəqində yazmışdı: «Yazılarımızı bizdən daha artıq qayğıkeşliklə qoruyub saxlayan Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə müəllifdən yadigar. Əhməd Cəmil. 7/II-67».
Bu yadigar yazını dönə-dönə oxudum. Get-gedə başa düşürdüm ki, mən çox ciddi bir işlə məşğul oluram… Kitabın ilk şeiri belə adlanırdı: «Mənə deməyin ki», son misraları o gündən bu günə kimi hələ də mənim yadımdadır:

Mənə deməyin ki; «Bu təb, bu ilham,
Bir cüt qanad olub səni ucaldar,
Ancaq ki, almamış dünyadan kam
Səni vaxtsız üzər, vaxtsız qocaldar»!

Yox dostlar, Siz məni sanmayın uşaq,
Dünyadan tüstüsüz olmur od, ocaq!...

Şeir 1946-cı ildə yazılmışdı. Mən də 1946-cı ildə anadan olmuşam. Elə mayın 29-da 1967-ci ildə biz onunla 3-cü dəfə görüşdük. Onun 1946-cı ildə ilk «Şeirlər» kitabı işıq üzü görmüşdü. 1965-ci ildə rus dilində nəşr olunmuş kitabının titul vərəqəsində yazmışdı: «Ədəbiyyat və İncəsənət arxivinə müəllifdən». Əhməd Cəmil. 29 may 1967-ci il.
Nəhayət, mənəvi xəzinəmizin ilk xeyir-dua verənlərindən biri olmuş Əhməd Cəmilin Fondu yarandı; 25 nömrəli Fond! Elə ilk elmi siyahısının sənədlərini də mən tərtib etdim. Tarixi də dəqiq yadımdadır: 25 noyabr 1967-ci il. Sonralar 2-ci, 3-cü siyahılar yarandı...
1913-cü il oktyabrın 20-də İrəvan mahalında dünyaya göz açmış Əhməd Cəmil 64 yaşında - 1977-ci ildə dünyasını dəyişdi… «Faust»u ana dilimizə tam tərcümə edirdi. On üç min misralıq tərcüməni təzəcə qurtarmışdı… … Sonralar şairin şəxsi fondundakı sənədlərinin sayını artıran onun sevimli övladları Eldar və Sevil Cəmilzadələr oldu… Atalarının irsinə, yazılarına ləyaqətli övlad həssaslığı ilə yanaşdılar. Eldar Cəmilzadə ilə (Allah ona da rəhmət eləsin) çox yaxın oldum, atasının 1966-cı ildə yazdığı, indi vəsiyyətnamə kimi xatırladığımız avtoqrafları barədə də çox danışardıq.
Əhməd Cəmilin dörd elmi siyahısında onun yaradıcılığının 80 faizi əks olunur. Ailəsinin, xüsusilə oğlu Eldar Cəmilzadənin icazəsi ilə qalan əlyazmalarını nəzərdən keçirdik. Şairin əlyazmalarında hər biri sənətə böyük sədaqət göstərən, günlərini axtarışlarda, tərcümələrlə keçirən bir insanın yüksək mənəvi duyğularından xəbər verən nümunələrə rast gəldik. Şairin sənədlərini səliqə ilə işlədək, gələcək nəsillərə əbədi ərmağan etdik.
O, özünün həyatdan tez köçəcəyini hiss edirmiş kimi, bir çox mənalı şeirlər yazmışdı. Həmin şeirlərində nikbin ruhlu şair həm də gələcəyi görürdü, müstəqilliyimizin qayıdacağına inanırdı.
İyirminci ilin ilk gecəsi haqqında şeiri romantik duyğularla dolu idi... Təzadlı fikirləri, satirik «iynələri» bol olan şeirləri onun yaradıcılığında yeni bir hadisə idi. Həmin şeirlər də Dövlət Ədəbiyyat və İncəsənət arxivimizdə qayğı ilə qorunur. Şair çox ustalıqla yaltaq, xudbin tənqidçiləri, yalançıları, özünü gözə soxmağa çalışanları, şöhrət duşgünü şairləri tənqid atəşinə tuturdu.
«Bir tənqidçi haqqında» adlı satirik şeirində mənəviyyatı boş, saxta bir tənqidçinin yaltaq, mənfi xarakteri məharətlə açılmışdır. Bu gün də belə «tənqidçilərə» rast gəlmək olur:

Ştata keçirilən, əl altında saxlanan.
«Çanlı klassiklərin» önündə yaltaqlanan,
Bir tənqidçi var idi…

Cəsarətlə demək olar ki, Ə.Cəmil həm də gələcəyin şairidir. Onun ikinci həyatını yaşadan, arxivdə mühafizə olunan şeirləri ilə sabah da bizimlə olacağına ürəkdən inanırıq. Hələ bizim gələcəyimiz olan körpə balalara həsr etdiyi şeirlərini demirəm!..
Şairin şəxsi arxiv fondundan bəzi sənədləri oxuculara təqdim edirik.